Rutte Türkiyəyə gedir – Bu tarixdə…


NATO-nun baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, o, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər və müdafiə nazirləri ilə görüşəcək.
Rutte həmçinin səfər zamanı hərbi-sənaye kompleksinə də baş çəkəcək.
Mətbuat üçün brifinqlərin planlaşdırılmadığı bidirilir.
Qeyd edək ki, xarici liderlərin Brüsseldəki NATO qərargahını ziyarət edərkən mətbuat konfransı keçirməməsi adi hal olsa da, NATO baş katibinin xaricə səfəri zamanı mətbuat konfransı təşkil etməməsi nadir haldır.

DİGƏR XƏBƏRLƏR

Top