
Bu ilin ilk 2 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 236,6 ton qurudulmuş mərci idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan mərcinin 1 kiloqramının orta gömrük dəyəri 63 sent (1 manat 7 qəpik) olub.
Qeyd edək ki, idxal olunan mərci Azərbaycana bu ölkələrdən gətirilib:
Qazaxıstan – 875 ton (1 kiloqramının orta gömrük dəyəri 1 manat 5 qəpik);
Rusiya – 220,56 ton (1 manat 9 qəpik);
Qırğızıstan – 135 ton (1 manat 15 qəpik);
Kanada – 5,95 ton (1 manat 51 qəpik);
Almaniya – 0,05 ton (6 manat 46 qəpik).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz