
ABŞ-nin keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ölkənin ən böyük yayım xidməti olan “Netflix”lə çoxillik müqavilələrini yeniləməyi planlaşdırmırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Deadline” portalı məlumat verib.
Cütlük 2018-ci ildən bəri “Netflix”lə layihələr hazırlayan “Higher Ground Productions” prodüser şirkətinin sahibdirlər.
“Netflix”lə tərəfdaşlığımız var idi. İndi bir sıra müstəqil studiyalarla işləyə biləcəyimiz daha müstəqil gələcəyə keçid prosesindəyik”, - deyə portal Barak Obamanın Filadelfiyada “History Channel” tədbirində dediyi sözlərdən sitat gətirib.
Portalın bildirdiyinə görə, “Netflix”lə müqavilənin müddəti 2026-cı ildə başa çatır. Lakin portalın mənbələri müəyyən ediblər ki, “Higher Ground Productions” mövcud layihələr üzərində striminq xidməti ilə əməkdaşlığı davam etdirəcək.
Buna baxmayaraq, hər iki şirkətin nümayəndələri jurnalistlərin suallarına cavab verməyiblər.
Portalın qeyd etdiyi kimi “Netflix” və “Higher Ground Productions” arasında 2018-ci ildə imzalanan müqavilə əvvəlcə eksklüziv idi. Onların birgə istehsal etdiyi layihələr yalnız “Netflix”in abunəçiləri üçün idi. 2024-cü ildə müqavilə yeniləndi və o vaxtdan bəri “Netflix” yalnız ilk yayım hüquqlarına sahibdir.
Portal yazır ki, iki şirkətin layihələri nüfuzlu “Oskar” və “Emmi” mükafatlarına namizəd göstərilib və onları sahib olub. Ən məşhur layihələr arasında “Amerika fabriki” sənədli filmi, “Dünyanı geridə qoy” bədii filmi və bir sıra vəhşi təbiət sənədli filmləri var.
Tətbiqimizi yükləyə bilərsiniz