Gürcüstanın ən çox avtomobil ixrac etdiyi 3-cü ölkə Azərbaycan olub – Siyahı


Bu ilin birinci rübündə Gürcüstana avtomobil idxalı 26,1%, ixrac isə 27,2% azalıb.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında Gürcüstan 632,2 milyon dollar dəyərində minik avtomobilləri alıb.
2026-cı ilin ilk 3 ayında Gürcüstanən ən çox minik avtomobili idxal etdiyi 10 ölkə aşağıdakı kimi olub:
ABŞ - 365,8 milyon dollar (31 181 ədəd);
Almaniya - 89,5 milyon dollar (1 055 ədəd);
Yaponiya - 62,4 milyon dollar (3 478 ədəd);
Birləşmiş Krallıq - 21,08 milyon dollar (179 ədəd);
Türkiyə - 19,6 milyon dollar (533 ədəd);
Çin - 16,3 milyon dollar (1 732 ədəd);
Koreya - 9,7 milyon dollar (642 ədəd);
Kanada - 8,7 milyon dollar (494 ədəd);
İtaliya - 7,08 milyon dollar (47 ədəd);
Azərbaycan - 4,8 milyon dollar (17 ədəd).
Qeyd edək ki, bu ilin ilk 3 ayında 364,5 milyon dollar dəyərində avtomobillər əsasən Gürcüstandan təkrar ixrac edilib.
2026-cı ilin ilk 3 ayında Gürcüstanən ən çox minik avtomobili ixrac etdiyi (təkrar ixrac) 10 ölkə isə aşağıdakı kimi olub:
Qırğızıstan - 183,6 milyon dollar (4 459 ədəd);
Qazaxıstan - 85,9 milyon dollar (5 422 ədəd);
Azərbaycan - 29,8 milyon dollar (919 ədəd);
Tacikistan - 20,2 milyon dollar ( 1 250 ədəd);
Ermənistan - 13,7 milyon dollar (596 ədəd);
Özbəkistan - 7,8 milyon dollar (458 ədəd);
Birləşmiş Ərəb Əmirlikləri - 5,6 milyon dollar (19 ədəd);
İran - 5,07 milyon dollar (308 ədəd);
Moldova - 3,4 milyon dollar (255 ədəd);
Ukrayna - 2,3 milyon dollar (222 ədəd).

DİGƏR XƏBƏRLƏR

Top