“Titanik” sərnişininin xilasetmə jileti hərracda 1 milyon dollara satıldı


“Titanik” sərnişininin batan gəmidən xilas olarkən geyindiyi xilasetmə jileti şənbə günü hərracda 670 000 funt sterlinqə (təxminən 906 000 dollara) satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, jilet qəzaya uğramış okean laynerinin birinci sinif sərnişini Laura Meybl Frankatelli tərəfindən geyinilib və onun, həmçinin, eyni xilasetmə qayığından sağ çıxan digər sərnişinlər tərəfindən imzalanıb.
Qərbi İngiltərənin Devizes şəhərində keçirilən “Titanic Memorabilia” hərracında hərracçı “Henry Aldridge & Son” tərəfindən satışa çıxarılan əşyalar arasında ən yüksək lot olub və adı açıqlanmayan bir telefon alıcısına satışdan əvvəlki qiymətindən xeyli yüksək qiymətə satılıb. Belə ki, xilasetmə jiletinə başlanğıc qiymət kimi 250 000 – 350 000 funt sterlinq qiymət qoyulub.
“Titanik” xilasetmə qayıqlarından birinin oturacaq yastığı isə eyni hərracda Tennessi ştatının Picen Forc və Missuri ştatının Brenson şəhərlərində yerləşən iki “Titanik” muzeyinin sahiblərinə 390 000 funt sterlinqə (527 000 dollara) satılıb.

DİGƏR XƏBƏRLƏR

Top