“Ermənistan KTMT-dəki fəaliyyətini bərpa etməyəcək” – Paşinyan


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etmək üçün heç bir addım atmayacaq.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı platformasını təqdim edərkən bildirib.
“Bildiyiniz kimi, Ermənistanın KTMT-dəki üzvlüyü dondurulub və fəaliyyətinin bərpası üçün heç bir addım atılmayacaq. Və bu, bizim seçkiqabağı proqramımızda da qeyd olunub”, - deyə Nikol Paşinyan qeyd edib.  
Ermənistanın digər çoxtərəfli formatlarda iştirakına toxunan Paşinyan qeyd edib ki, Ermənistanın çoxtərəfli formatlarda iştirakı balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasətin daha effektiv olması üçün vacibdir. 

DİGƏR XƏBƏRLƏR

Top