
İranda internet yeddi həftədən çoxdur ki, faktiki olaraq bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NetBlocks” beynəlxalq monitorinq xidməti məlumat verib.
“İranda internetin kəsilməsi 52 gün, 1224 saatdır ki, davam edir”, - monitorinq xidməti “X” sosial şəbəkə səhifəsində bildirib.
“NetBlocks” bunun dünyanın istənilən yerində ölkə miqyasında qeydə alınan ən uzunmüddətli kəsilmə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. 7 apreldə ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə iki ölkə İslamabadda bir neçə danışıqlar raundu keçirib. Tehran və Vaşinqtonun daha sonra bildirdiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmələr raundunun baş tutub-tutmayacağı hələlik məlum deyil. ABŞ 13 apreldə İrana qarşı dəniz blokadasına başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz