Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı – 10 milyon manat gəlir

 
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən birinin –  “Şərq-Qərb” ASC-nin (VÖEN - 2000043631) 2025-ci ildə gəlirləri 10 milyon 243,3 min manat, xalis mənfəəti isə 675,7 min manat olub.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat ASC-nin sonuncu maliyyə hesabatında yer alıb.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC-nin 2024-cü ildə xalis mənfəəti 844,7 min manat, 2023-cü ildə 648,4 min manat, 2022-ci ildə 1 milyon 393,6 min manat, 2021-ci ildə isə 1 milyon 153 manat olub.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib. Açıqlanan maliyyə hesabatında
“Şərq-Qərb” ASC-nin səhmdarlarının adı göstərilməyib. Lakin, qeyd edək ki, daha əvvəl açıqlnan məlumatlarda səhmlərin 96%-inin Mehdiyev Teymur Ramiz oğluna məxsus olduğu qeyd olunub. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyev qeydiyyatdadır. Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini olub və ötən ilin dekabr ayının 1-də tutduğu vəzifədən azad olunub.
Onu da bildirək ki, Teymur Mehdiyevin həyat yoldaşı Nigar Mehdiyeva bu ilin mart ayının 5-də bank olmayan kredit təşkilatına (BOKT) çevrilən “Bank BTB”nin əsas səhimdarı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top