Rusiya Ukrayna müdafiə nazirinin müşavirinın evini vurdu – Yaralıdır


Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov Rusiyaya məxsus dronun onun evinə zərbə endirməsi nəticəsində yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Beskrestnovun sözlərinə görə, hadisə aprelin 20-si gecəsi baş verib.
“Şahed” kamikaze pilotsuz uçuş aparatı onun evinin divarına dəyib. O, yaralansa da, sağ qalıb.
“Artıq evim yoxdur, mən də yaralanmışam. Amma əsas odur ki, möcüzəvi nəticəsində sağam. Hadisələrin bu cür inkişafına mənəvi olaraq hazır idim və bu, məni dayandıra bilməyəcək”, - deyə Sergey Beskrestnov bildirib.
Müdafiə nazirinin müşaviri ona qarşı ümumilikdə dörd dron atıldığını və onlardan birinin evinin divarına dəydiyini qeyd edib.
O, həmçinin hücumun evini dağıtdığını bildirib. O, hücumdan sonra tibb müəssisəsinə aparıldığını qeyd edib.
Qeyd edək ki, Sergey Beskrestnov Ukrayna müdafiə nazirinin müdafiə texnologiyaları üzrə müşaviridir. O bu vəzifəyə yanvarın 25-də təyin olunub. O, birbaşa cəbhə xəttində işləyir və ən qaynar nöqtələrdə qoşunlar üçün təlimlər keçirir. Beskrestnov həmçinin sosial mediada müntəzəm olaraq dronların istifadəsi, elektron müharibənin xüsusiyyətləri və düşmən taktikaları haqqında məlumat dərc edir.

DİGƏR XƏBƏRLƏR

Top