286 nömrəli məktəbdə şagird sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb


Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü yeniyetmə (oğlan) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Yeniavaz.com (@yeniavaz_com)

DİGƏR XƏBƏRLƏR

Top