Yaponiyada 7,4 ballıq zəlzələ – Sunami təhlükəsi var


Yaponiyanın şimal-şərqi Tohoku sahillərinin şərqində Sakit Okeanda güclü zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hökumətin fövqəladə bildirişində bildirilir.
Seysmoloqlar zəlzələnin maqnitudasını 7,4 bal qiymətləndiriblər.
Digər tərəfdən, Yaponiyada zəlzələdən sonra Milli Meteorologiya Administrasiyasının seysmoloqları tərəfindən 3 metrə qədər sunami xəbərdarlığı edilib.
Şimal-şərqi İvate, Aomori və Miyagi prefekturalarının sahillərində, eləcə də cənubi Hokkaydo adasında sunami xəbərdarlığı olunub. Seysmoloqlar yaxın gələcəkdə ilk dalğaların İvate sahillərinə çata biləcəyini qeyd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top