
“Barselona” bu yay hücumunu gücləndirmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kataloniya klubu “Atletiko Madrid”dən 26 yaşlı argentinalı hücumçu Xulian Alvaresi transfer etmək istəyir. “Barselona” bu yay müqaviləni başa çatdırmaq niyyətindədir.
Nəşrin yazdığına görə, klub bu transfer üçün 100 milyon avroluq büdcə müəyyən edib.
Digər tərəfdən, jurnalist Fernando Polonun sözlərinə görə, argentinalı oyunçu Kataloniya klubuna keçməkdə maraqlıdır. Belə ki, o, “Barselona”ya transfer olmağı ən cəlbedici variant hesab edir.
Alvares təxminən iki ildir ki, Dieqo Simeonenin komandasında oynayır. Onun müqaviləsi 2030-cu ildə başa çatır. Bu mövsüm o, 47 matçda 19 qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz