İngiltərə Premyer Liqasının favoriti açıqlandı


“Opta” superkompüteri İngiltərə Premyer Liqasında qalib gəlmək üçün əsas favoritləri açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Arsenal”ın 73 faiz qalib gəlmək ehtimalı ilə ilk yerdə qərarlaşır.
Ona ən yaxın qalib gəlmək ehtimalı olan komanda isə 27 faizlə “Mançester Siti”dir.
Hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinə 70 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” isə 67 xalla ikinci yeri tutur.
Qeyd edək ki, “Arsenal” və “Mançester Siti” arasında son oyun İngiltərə Premyer Liqasının 33-cü turunda 2-1 hesabı ilə “Mançester Siti”nin xeyrinə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top