
İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əməkdaşlıq etməkdə ittiham olunan iki iranlı - Məhəmməd Məsum Şahi və Həmid Vəlidi bazar ertəsi günü İranda edam edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edildiyi kimi, iş materiallarına görə, bu şəxslər İsrail kəşfiyyat zabitləri ilə əlaqə saxlamaq üçün internetdən və İraq Kürdüstanına səfərlərdən istifadə edən və terror hücumları və təxribat törətmək üçün təlim keçdikdən sonra ölkəyə qayıdan casus şəbəkəsinin üzvləri olublar.
İran hakimiyyət orqanlarının məlumatına görə, edam edilən şəxslər bir neçə hərbi və mülki obyekti yandırıblar. Bütün təxribat aktları kameraya çəkilib və sonra “Mossad”dakı rəhbərlərinə göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz