
“Bavariya” “Ştutqart”ı 4-2 hesabı ilə məğlub edərək, Bundesliqanın sonuna dörd tur qalmış Almaniya çempionu olub.
Yeniavaz.com xəbər verir ki, qələbə qollarını Rafael Qerreyro (31-ci dəqiqə), Nikolas Cekson (33), Alfonso Devis (37) və Harri Keyn (52) vurub. Məğlub olanlardan isə Kris Fürix (21) və Çema Andres (89) fərqləniblər.
Bununla Münhen komandası 30 oyundan sonra 79 xal toplayıb. Bu da ona Bundesliqanın sonuna dörd tur qalmış Almaniya çempionu olmağa imkan verib.
“Bavariya” Almaniya çempionluğunu 35-ci dəfə qazanıb və bununla da Bundesliqada yeni rekorda imza atıb. “Nürnberq” doqquz titulla ikinci, “Borussiya Dortmund” isə səkkiz titulla üçüncü yerdədir.
Digər tərəfdən, “Bavariya” mövsümün ikinci titulunu qazanıb. Avqust ayında Münhen komandası finalda “Ştutqart”ı 2-1 hesabı ilə məğlub edərək Almaniya Super Kubokuna sahib olub. Klub həmçinin Almaniya Kuboku və Çempionlar Liqası uğrunda mübarizəni davam etdirir.
22 apreldə Münhen komandası Almaniya Kubokunun yarımfinalında səfərdə “Bayer Leverkuzen”lə qarşılaşacaq. Çempionlar Liqasının yarımfinalında “Bavariya” “Pari Sen Jermen” komandası ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz