
Bu gün paytaxtın Qaradağ və Sabunçu rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, təmir işləri ilə əlaqədar 20.04.2026-cı il saat 10:00-dan etibarən Sahil qəsəbəsinin, eləcə də Zabrat-1 qəsəbəsinin Neftçilər və Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz