
Paytaxt bazarlarında yazın ən çox gözlənilən meyvələrindən olan alça yenə yüksək qiymətlərlə satışa çıxarılıb.
Yeniavaz.com İTV-yə istinadən xəbər verir ki, bazarda alçanın bir kiloqramı 100 manata təklif olunur.
Əksər alıcılar alçanı kilo ilə deyil, qablarla alırlar. Alçanın 84 qramı 7 manata satılır. Həmin qabın içində isə cəmi beş alça var. Bəzi qablarda səkkiz-doqquz ədəd alça olur və onlar 10 manata satılır. Məhsulun Göyçay, Şəmkir və digər rayonlardan gətirildiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz