
İran atəşkəs dövründə hərbi potensialını gücləndirməyə davam edir.
Yeniavaz.com xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi bildirib.
Onun sözlərinə görə, raket və pilotsuz uçuş aparatlarının ehtiyatları sürətlə artırılır, eyni zamanda əməliyyat hazırlığı yüksəldilir. General qeyd edib ki, bu müddətdə raket buraxılış platformalarının və dronların yenilənmə tempi müharibədən əvvəlki səviyyəni də geridə qoyub.
Musəvi vurğulayıb ki, texniki xidmət və yanacaq doldurma prosesləri də əvvəlki dövrlə müqayisədə daha sürətli həyata keçirilir. O iddia edib ki, qarşı tərəf belə bir logistika və təchizat imkanına malik deyil və sursatın çatdırılmasında çətinliklərlə üzləşir.
İİKK rəsmisi əlavə edib ki, ABŞ və İsrail hazırkı mərhələdə “məğlub tərəf”dir. Onun sözlərinə görə, bu ölkələr bölgədə, o cümlədən Hörmüz boğazı və Livan istiqamətində mövqelərini zəiflədiblər.
Tətbiqimizi yükləyə bilərsiniz