Rusiyadan mal-qara idxalı kəskin azalıb – Qiyməti 1761 manatdan 752 manata düşüb


Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 902 baş diri iribuynuzlu ətlik heyvanlar idxal olunub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gətirilən mal-qaranın ümumi gömrük dəyəri 2 milyon 214,12 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycana idxal edilən bir baş iribuynuzlu ətlik heyvanın orta gömrük dəyəri təxminən 375 dollar (638 manat) olub. İribuynuzlu ətlik heyvanların 1 105 başı Rusiyadan, 4 797 başı Gürcüstandan gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə mal-qara idxalı 2,8 dəfə azalıb. Belə ki, ötən il Rusiyadan (9644 baş), Qazaxıstandan (2538 baş) və Gürcüstandan (1839 baş) Azərbaycana 14 min 21 baş iribuynuzlu ətlik heyvan idxal edilib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan mal-qaranın gömrük dəyəri də kəskin şəkildə aşağı düşüb. Əgər ötən ilin ilk 2 ayında Rusiyadan idxal edilən mal-qaranın bir başının orta gömrük dəyəri 1036 dollar (1761 manat), Gürcüstandan isə 442 dollar (752 manat) olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 674 dollar (1146 manat) və 306 dollar (520 manat) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top