Azərbaycandan xaricə 23 mindən çox diri at ixrac edilib


Bu ilin ilk 2 ayında Azərbaycandan Özbəkistana 200, Türkiyəyə isə 47 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com
 xəbər verir ki, Özbəkistana ixrac edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 278 dollar (472 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə Türkiyəyə 244 dollardan 9 baş diri at ixrac edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında diri at ixracı 27 dəfədən çox artıb.
Onu da qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin mart ayının əvvəlinə kimi 23 min 66 baş diri at satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top