İran nə vaxta qədər Hörmüz boğazına nəzarət edəcək? – Açıqlandı


İran hərbi əməliyyatlar tamamilə bitənə və regionda davamlı sülh bərqərar olana qədər Hörmüz boğazından gəmilərin keçidinə nəzarət edəcək.
Yeniavaz.com
“Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat verib.
“Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazaları üçün avadanlıqların böyük bir hissəsinin Hörmüz boğazından keçirildiyini nəzərə alsaq, bu, İran və Fars körfəzi bölgəsi üçün milli təhlükəsizliyə təhdid yaradır. İran müharibə tamamilə bitənə və regionda davamlı sülh bərqərar olana qədər Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət etməkdə qərarlıdır”, - agentlik Təhlükəsizlik Şurasından sitat gətirib.

DİGƏR XƏBƏRLƏR

Top