Uşaqlarda yuxu rejimi


İlk yaşlardan uşaqları yuxu rejiminə alışdırmaq çox vacibdir. Çünki bu, təkcə uşaqların gələcək inkişafı üçün müsbət təsir göstərmir, həm də yuxululuq vəziyyətindən oyaqlıq vəziyyətinə keçidi də asanlaşdırır. Nəticədə, uşaq özünü daha rahat və daha gümrah hiss etməyə başlayır.
Bəs uşaqları yuxu rejiminə necə alışdırmaq lazımdır? Bunun üçün müxtəlif üsulları sınaqdan keçirmək olar. Məsələn, 8-9 aylıq uşaqları yuxu rejiminə dişlərini fırçalamaqla və ya nağıl danışmaqla alışdıra bilərsiniz. Bundan başqa, uşağınız yatana yaxın onunla müxtəlif oyunlar oynamaq da pis olmaz. Bu, həmçinin uşağınızın aktivliyini azaltmaq və əsəb sistemini sakitləşdirmək üçün də vacibdir. Evcik-evcik oynamaq, qaçmaq, teleoyunlara baxmaq da tez yuxu gətirir. Bundan başqa:
Yatmaq üçün müəyyən bir vaxt seçin və həmişə bu vaxta riayət etməyə çalışın: Uşağınızın yuxu saatı dəyişkən deyilsə, bu vaxta daha asan riayət etmək olar.
Xəbərdarlıq edin: Yatmazdan əvvəl uşağınıza xəbərdarlıq edin. Çünki o, kiçik olduğu üçün vaxtı səhv sala bilər.
Yüngül yemək təklif edin: Tərkibində həm karbohidrat, həm də protein olan yüngül yemək uşağınızın rahat yatmasına kömək edər. Çünki karbohidrat uşağınızın yuxusunu gətirər, protein isə qan şəkərini səhər yeməyinə qədər sabit saxlayar.
Uşağınızın ilıq duş qəbul etməsinə kömək edin: Uşağınızın bədən hərarətini yüksəldərək, onu yuxuya daha asan hazırlamaq olar.
Yatmaq üçün münasib paltarlar seçin: Bu, çox dar və ya çox isti olmayan rahat paltarlar ola bilər.
Uşağınıza ən sevdiyi nağılı danışın: Uşağı yuxuya hazırlamaq üçün ən yaxşı vasitələrdən biri də budur.
Siz nağıl danışarkən yüngül bir musiqi qoyun: Uşağınız yuxulayarkən yüngül musiqi dinləmək faydalı olar.
Əmziklə yeməyi azaldın və ya tamamilə aradan qaldırın: Əgər uşağınız yatmaq üçün əmzik şüşəsinə ehtiyac duyarsa, içərisinə yalnız su tökün. Çünki süd və ya meyvə suyu uşağınızın dişlərini çürüdə bilər.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top