
ABŞ apellyasiya məhkəməsi Prezident Donald Tramp administrasiyasına Ağ Evin sökülmüş Şərq Qanadının yerində 400 milyon dollarlıq bal zalının tikintisinə davam etməyə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət qərarı aşağı məhkəmənin ilkin qadağasını hələlik dayandırır və bu da apellyasiyaya baxılarkən Ədliyyə Nazirliyinin daha uzun müddətə təxirə salınma tələbini nəzərdən keçirmək üçün kollegiyaya vaxt verir.
Apelyasiya Məhkəməsi bildirib ki, apelyasiyaya baxılarkən tikintinin dayandırılıb-dayandırılmaması ilə bağlı arqumentləri iyunun 5-də dinləyəcək.
Qeyd edək ki, Milli Etimad Fondu dekabr ayında administrasiyanın Şərq Qanadını bal zalı üçün yer açmaq məqsədilə sökməsindən sonra Trampı və bir neçə federal agentliyi məhkəməyə verib və iddia edib ki, ABŞ Prezidenti və Milli Park Xidməti tarixi tikilini sökmək səlahiyyətinə malik deyil.
ABŞ administrasiyası isə layihənin infrastrukturu modernləşdirəcəyini və təhlükəsizliyi gücləndirəcəyini bildirir. Tramp isə öz növbəsində layihənin xüsusi donorlar tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz