
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Matias Kasseyə qalib gəlib.
Qeyd edək ki, Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medal qazanıblar.
Xatırladaq ki, Azərbaycan Avropa çempionatında 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Turnir aprelin 19-da başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz