
ABŞ hökuməti naməlum uçan obyektlərlə (UNO) bağlı sənədləri tezliklə dərc edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
“Biz çoxlu maraqlı sənədlər tapdıq. İlk nəşrlər (ABŞ hökuməti tərəfindən) çox tezliklə başlayacaq. Beləliklə, bu fenomenin doğru olub-olmadığını görəcəksiniz”, - Tramp bildirib.
Eyni zamanda, Amerika lideri hökumət sənədlərinin qiymətləndirilməsinin davam etdiyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz