Fidan Lavrovla görüşdü


Antalya Diplomatik Forumunda Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında görüş olub.
Yeniavaz.com
xəbər verir ki, örüşdə beynəlxalq və regional gündəliyin əsas aspektləri, o cümlədən Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət ətraflı müzakirə edilib.
Nazirlər Türkiyə və Rusiyanın böhranın həlli üçün effektiv həllər hazırlamaq məqsədilə konstruktiv əməkdaşlığa qarşılıqlı sadiq olduqlarını qeyd ediblər.
Həmçinin, nazirlər Türkiyə-Rusiya dialoqundakı mövcud siyasi məsələlərlə bağlı qeydləri və ticarət, iqtisadi və enerji əməkdaşlığının əsas məqsədlərini müzakirə ediblər.
Görüşdən sonra tərəflər xarici işlər nazirlikləri arasında növbəti iki il üçün məsləhətləşmələr planı imzalayıblar.

DİGƏR XƏBƏRLƏR

Top