
İran tətbiq edilən dəniz blokadası və Vaşinqtonun həddindən artıq tələbləri səbəbindən hələ də ABŞ ilə növbəti dialoqa razılıq verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, amerikalıların bu tələblərindən çəkinməsi danışıqların davam etdirilməsi üçün əsas şərtdir. Əks halda İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək.
“Tasnim”in məlumatına görə, bu mövqe Pakistan vasitəçisi vasitəsilə Amerika rəsmilərinə çatdırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz