Xavi Messi ilə yenidən bir araya gəlir?


“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes “İnter Mayami”nin baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TNT Sports” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, argentinalı Xavyer Maskerano bu yaxınlarda komandanın baş məşqşisi vəzifəsindən istefa verib.
“TNT Sports”un məlumatına görə, “İnter Mayami” hazırda Xavini baş məşqçi təyin etməyi ciddi şəkildə nəzərdən keçirir.
Başqa bir namizəd isə Marselo Qalyardodur, lakin ispaniyalı favorit hesab olunur.
Telekanalın bildirdiyinə görə, “İnter Mayami”də Xavi, oyunçu olduğu dövrdə “Barselona”da birlikdə oynadığı Lionel Messi və Luis Suareslə yenidən bir araya gələ bilər. 46 yaşlı mütəxəssis 2024-cü ilin yazından bəri işsizdir. Onun axırıncı iş yeri Kataloniya klubu olub.
Qeyd edək ki, ötən mövsüm Florida komandası tarixdə ilk dəfə MLS pley-off mərhələsinin qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top