Maskdan unikal təklif – Əhaliyə pul paylayın…


“ABŞ-də işsizliklə mübarizənin ən yaxşı yolu hökumətin əhaliyə pul paylamasıdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikalı sahibkar İlon Mask özünün “X” sosial şəbəkə səhifəsində təklif verib.
Onun sözlərinə görə, süni intellekt (Sİ) insanları əmək bazarından sıxışdırdıqca ölkədə işsizlik artır.
Tarixin ən varlı sahibkarına görə, ABŞ hökumətinin vətəndaşlara ianə etməsi "universal yüksək gəlir"i ən yaxşı şəkildə təmin edərdi.
Mask əlavə edib ki, süni intellekt/robototexnika pul kütləsinin artımından daha çox miqdarda mal və xidmət istehsal edəcək, ona görə də inflyasiya baş verməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top