General Müşfiq Məmmədov vəzifəsindən azad edildi


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.
İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.
Məlumat Müdafiə Nazirliyindən də təsdiq edilib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

DİGƏR XƏBƏRLƏR

Top