
FİFA Prezidenti Canni İnfantino turnir tarixində ilk dəfə olaraq 2026-cı il Dünya Kuboku finalının fasiləsində böyük musiqi şounun keçiriləcəyini elan edib.
Yeniavaz.com “Goal.com”a istinadla xəbər verir ki, final matçı iyulun 19-da Nyu-Cersi ştatındakı “MetLife” stadionunda baş tutacaq.
“Tarixdə ilk dəfə olaraq, 19 iyulda Nyu-Cersidə keçiriləcək Dünya Kuboku finalında fasilə şousu keçirəcəyik. Hələlik kimin çıxış edəcəyini dəqiq deyə bilmərəm, amma birdən çox sənət adamı olacaq. Bu, Yer kürəsindəki ən möhtəşəm şou olacaq – fantastic”, - İnfantino qeyd edib.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz