ABŞ aprelin 20-də Pakistanda İranla danışıqlar aparmağı planlaşdırır – WSJ


Hələ rəsmi olaraq təsdiq olunmasa da, ABŞ və İran arasında danışıqlar çox güman ki, 20 aprel bazar ertəsi günü Pakistanda baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ Prezident administrasiyasının yüksək vəzifəli məmuruna istinadla məlumat yayıb.
Rəsmi şəxsin sözlərinə görə, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və danışıqlara hazırdır.
Nəşrin qeyd etdiyinə görə, ötən həftə sonu bir neçə raund danışıqlar baş tutsa da, münaqişəyə son qoya biləcək irəliləyiş əldə olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top