İlin potensial 700 balları


Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Yeniavaz.com
xəbər verir ki, “Azərbaycan Universitetləri” maksimal bal toplayanlar barədə məlumat paylaşıb.
Belə ki, imtahanda iştirak etmiş məktəblilərdən 2 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bütün suallara düzgün cavab verən abiturientlər Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli məktəbin XI sinif şagirdi Aydın Həsənli və Bakı şəhəri “Zəngi” liseyinin şagirdi Muhammedali Qurbanov olub.
Bildirilib ki, Aydın Həsənli həmçinin həm 9, həm də 11-ci sinif buraxılış imtahanlarında maksimal 300 bal toplayıb.
Qeyd edilib ki, Həsənlinin hədəfi Bakı Ali Neft Məktəbində, Qurbanovun isə Azərbaycan Tibb Universitetində təhsil almaqdır.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. 

DİGƏR XƏBƏRLƏR

Top