“İran müsəlman ölkələrini dost hesab edir” − Pezeşkian


İran Yaxın Şərqdəki bütün İslam ölkələrini dost ölkə hesab edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə Prezidenti Məsud Peşeşkian Pakistan Silahlı Qüvvələrinin Baş Komandanı Asim Munirlə görüşündə bildirib.
“İran İslam Respublikası bütün müsəlman ölkələrini öz qardaşı hesab edir və bu mövqe Məhəmməd Peyğəmbərin təcrübəsinə əsaslanır. Bölgədəki ABŞ hərbi bazalarına edilən son zərbələr müdafiə tədbiri kimi həyata keçirilib”, - o bildirib.
Bundan əlavə, Peşeşkian regiondakı ölkələrin problemləri dini və mədəni ortaqlıqlara əsaslanaraq, Avropanın NATO mexanizmi vasitəsilə etdiyi kimi, kollektiv şəkildə həll edə biləcəyi fikrini ifadə edib.
İslam Respublikasının Prezidenti Yaxın Şərqdəki münaqişənin heç bir tərəf üçün faydalı olmadığını vurğulayıb. O, qeyd edib ki, İslam Respublikası mövcud vəziyyətin diplomatik həllinə sadiqdir, lakin əlavə edib ki, ölkə həmişə suverenliyi uğrunda mübarizə aparmağa hazır olacaq. Sonda İran prezidenti atəşkəsə nail olmaqda göstərdikləri dəstəyə və vasitəçiliyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top