
Çində nüvə elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt-a çatıb və bu, ölkəni dünyanın ən böyük nüvə elektrik stansiyasına çevirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən dərc edilmiş “Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı 2026” sənədində deyilir.
Sənədə əsasən, Çində 60 AES bloku kommersiya istismarındadır. Əlavə 36 blok tikilməkdədir ki, bu da qlobal olaraq tikilməkdə olan nüvə reaktorlarının yarısından çoxunu təşkil edir. Bundan əlavə, 16 blok hökumətin təsdiqini alıb və istismara verilməsini gözləyir.
Hesabatda qeyd olunur ki, Çin artıq 2026-cı ildə iki yeni AES blokunun tikintisinə başlayıb və ilin sonuna qədər yeddi bloku istismara verməyi planlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz