
2026-cı il Dünya Kuboku oyunları üçün biletlərin yüksək qiymətləri təşkilatın maliyyə strukturu ilə bağlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino danışıb.
O qeyd edib ki, turnir federasiyanın yeganə gəlir mənbəyidir və dörd illik dövr ərzində onun fəaliyyətini dəstəkləməlidir.
“FIFA-nın əsas və hazırda yeganə gəlir mənbəyi Dünya Kubokudur. Biz bir ay gəlir əldə edirik və sonra bu vəsaiti növbəti Dünya Kubokuna qədər növbəti 47 ay ərzində xərcləyirik”, - İnfantino deyib.
Qeyd edək ki, aprel ayında FIFA 2026-cı il Dünya Kuboku finalı üçün bilet qiymətlərini artırıb. Ən bahalı biletlərin qiyməti hazırda 10.000 dollardan çoxdur. II kateqoriyalı biletlərin (7.300 dollara qədər) və III kateqoriyalı biletlərin (5.700 dollara qədər) qiymətləri də xeyli artıb.
Xatırladaq ki, ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il Dünya Kuboku tarixində 48 milli komandanın iştirak edəcəyi ilk turnir olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz