İran Hörmüz boğazını bütün gəmilər üçün açdı − Tramp təşəkkür etdi


İran atəşkəsin qalan hissəsi üçün Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.
“Livandakı atəşkəsə uyğun olaraq, bütün kommersiya gəmilərinin Hörmüz boğazından keçidi atəşkəsin qalan hissəsi üçün tam açıq elan edilib”, - o, yazıb.
Nazirin sözlərinə görə, gəmilər İran Limanları və Dənizçilik Təşkilatı tərəfindən əvvəllər elan edilmiş razılaşdırılmış marşrut üzrə hərəkət edə bilərlər.
“İran Hörmüz boğazının tam açıq olduğunu və gəmilərin tam keçidi üçün hazır olduğunu elan edib. Təşəkkür edirəm!”, - ABŞ Prezidenti Donald Tramp Əraqçinin açıqlamasına münasibət bildirib.

DİGƏR XƏBƏRLƏR

Top