
ABŞ və İran arasında tezliklə razılaşma əldə edilə bilər; danışıqlar yekun mərhələdədir.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbəyinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər pərdəarxası diplomatiya yolu ilə irəliləyiş əldə ediblər və qarşıdan gələn görüş anlaşma memorandumunun imzalanması ilə başa çata bilər.
Tam razılaşmanın 60 gün ərzində bağlanması gözlənilir.
Agentlik bildirir ki, tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə daha sonra dəqiqləşdiriləcək.
Diplomatik mənbə həmçinin, “Reuters” agentliyinə bildirib ki, danışıqlarda əsas vasitəçi rolunu həftənin ortalarından bəri Tehranda danışıqlar aparan Pakistanın yüksək rütbəli hərbi rəsmisi Asim Munir oynayır.
Agentliyin bildirdiyinə görə bir sıra çətin məsələlərdə artıq irəliləyiş əldə edib.
Tətbiqimizi yükləyə bilərsiniz