
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar 2026-ci ilin ilk ilk rübünün mənfəət və zərərlərini açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, ölkədə fəaliyyət göstərən banklar ümumilikdə 373,8 milyon manat xalis mənfəət əldə ediblər.
Mənfəət əldə edən banklardan ikisi dövlət bankıdır. “Beynəlxalq Bank”ın 110,6 milyon manat, “Azər Türk Bank”ın isə 4,5 milyon manat xalis mənfəəti olub.
Özəl banklar tərəfindən əldə olunan 258,7 milyon manatlıq mənfəətin 168,5 milyon manatı və ya 65,1%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlı iki bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
“Kapital Bank” son 3 ayda 120,2 milyon manat, “Paşa Bank” isə 48,3 milyon manat xalis mənfəət əldə edib.
Banklar arasında yeganə zərər edən maliyyə qurumu isə “Bank Avrasiya” ASC olub. Bu bankın son 3 aydakı xalis zərəri 937 min manat təşkil edib.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz