
Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycannın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunulub.
Prezident Tufan Erhürman buna görə dövlət başçısına təşəkkür edib.
Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
***11:40
Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Tətbiqimizi yükləyə bilərsiniz