
İsrail və Livan arasında 17 aprel gecəsindən etibarən qüvvəyə minməsi və on gün müddətində qüvvədə qalması gözlənilən müvəqqəti atəşkəs sazişinin mətnini dərc edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Hər iki ölkə davamlı sülhə, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına və ortaq sərhədləri boyunca həqiqi təhlükəsizliyin yaradılmasına əlverişli şərait yaratmaq üçün çalışacaq, eyni zamanda İsrailin özünümüdafiə hüququ qorunacaq”, - sazişdə deyilir.
Tərəflər qeyd ediblər ki, Livanın suverenliyini sarsıdan və regional sabitliyi təhdid edən qeyri-dövlət silahlı qruplarının fəaliyyətini məhdudlaşdırmağı planlaşdırırlar. Ölkələr hesab edirlər ki, bu cür qrupların fəaliyyəti məhdudlaşdırılmalıdır ki, Livanda silah gəzdirməyə icazə verilən yeganə qüvvələr ölkənin təhlükəsizlik qüvvələri olsun.
İsrail və Livan iki ölkənin müharibə vəziyyətində olmadığını təsdiqləyir və iki ölkə arasında davamlı təhlükəsizliyi, sabitliyi və sülhü təmin edəcək hərtərəfli razılaşmaya nail olmaq üçün ABŞ-nin vasitəçiliyi ilə birbaşa danışıqlar aparmağa sadiqdirlər.
Danışıqlarda vasitəçilik edən ABŞ öz növbəsində qeyd etdi ki, İsrail “planlaşdırılmış, qaçılmaz və ya davam edən hücumlardan özünü müdafiə etmək üçün hər zaman bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır” və hərbi əməliyyatların dayandırılması buna mane olmamalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz