
“Ağıl və vicdan sahibi insanlar olaraq hamımız bu həqiqəti çox yaxşı bilirik: 80 il əvvəl qaliblər tərəfindən qurulan beynəlxalq sistem bu gün böyük bir legitimlik böhranı ilə üzləşir”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası Birliyin 152-ci Baş Assambleyası iclasında iştirak etmək üçün İstanbula gələn parlament sədrləri və nümayəndə heyətinin üzvlərinin şərəfinə Dolmabahçe Sarayında verilən şam yeməyində deyib.
Ölkə başçısı qeyd edib ki, sistemin təməlini təşkil edən dəyərlər, prinsiplər, qaydalar və adətlər qlobal miqyasda öz mənasını və etibarlılığını itirmək üzrədir:
“Təəssüf ki, beynəlxalq hüququn məcburi müddəaları hər gün yeni müharibə cinayətləri və insanlığa qarşı cinayətlər əlavə edən subyektlərə qarşı təsirini itirib. Sağlam düşüncənin dayandırıldığı, dialoq mexanizminin sıradan çıxarıldığı, diplomatiya və danışıqların silahlar, raketlər və bombalarla əvəz olunduğu belə bir mühitdə heç kim güvəndə deyil. Bunu çox aydın və birmənalı şəkildə bildirirəm: Türkiyə olaraq, humanitar dəyərlərə əsaslanan xarici siyasətimizin prioriteti coğrafi mövqeyindən asılı olmayaraq münaqişələrin sülh yolu ilə həllidir”.
Tətbiqimizi yükləyə bilərsiniz