18-19 aprel tarixlərində Yerdə geomaqnit pozuntuları olacaq


Gələn həftəsonu, 18 və 19 aprel tarixlərində Yer Günəşdə koronal dəliyin təsiri nəticəsində yaranan yeni bir maqnit sahəsi pozuntuları ilə qarşılaşacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri məlumat veriblər.
Bildirilib ki, hazırda Günəşdə nisbətən aşağı günəş aktivliyi dövrü - yəni “kosmik sakitlik” davam edir. Lakin, artıq başqa bir koronal dəlik əmələ gəlib və yaxın günlərdə planetimizə təsir edəcək.
Laboratoriyanın proqnozuna görə, maqnit sahəsi pozuntuları bu həftəsonu, 18 və 19 aprel tarixlərində başlayacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top