“İran Dünya Kubokunda iştirak etməlidir” − FIFA prezidenti

iran dünya kubokundan imtina etsə, nə olacaq? – fifa-dan açıqlama
FİFA prezidenti Canni İnfantino İranın Dünya Kubokuna qatılmalı olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
“Əlbəttə ki, İran qatılmalıdır. Onlar öz millətini təmsil edirlər. Onlar vəsiqə qazanıblar. Oyunçular oynamaq istəyirlər”, - İnfantino bildirib.
Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Əvvəllər bildirilirdi ki, Yaxın Şərqdə artan münaqişə və ABŞ-nin iştirakı fonunda İran milli komandası Dünya Kubokundan çıxa bilər. Daha sonra bildirildi ki, İran FİFA ilə komandanın oyunlarını ABŞ-dan Meksikaya keçirmək imkanını müzakirə edir.

DİGƏR XƏBƏRLƏR

Top