Vinisius Messinin rekordunu qırdı


“Real Madrid”in qanad oyunçusu Vinisius Junior Çempionlar Liqasının pley-off oyunlarında ən çox məhsuldar ötürmə edən oyunçu “Barselona” və PSJ-nin keçmiş oyunçusu, hazırda “İnter Mayami”nin oyunçusu Lionel Messini geridə qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ginqa Bonito sosial şəbəkə hesabında məlumat yayıb.
Vinisius Çempionlar Liqasının dörddəbir finalının “Bayern Münhen”ə qarşı ikinci oyununda (3-4) məhsuldar ötürmə edib. Bu, braziliyalı futbolçunun Çempionlar Liqasının pley-off mərhələsindəki 13-cü məhsuldar ötürməsi olub. Messi Avropa karyerasında yarışın pley-off mərhələsində 12 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun eyni nəticəni əldə etməsi üçün 79 oyuna ehtiyacı var idi, “Los Blancos”un qanad oyunçusu isə eyni nəticəni 41 matçda əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top