İsrail və Livan 10 günlük atəşkəs elan etdi


ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər”, - Tramp bildirib.

DİGƏR XƏBƏRLƏR

Top