Livan prezidenti Netanyahu ilə danışmaqdan imtina etdi


Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaqdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, CNN bu barədə adı çəkilməyən Livan rəsmisinə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, bu, ABŞ Prezidenti Donald Trampın daha öncə iki lider arasında bu həftə danışıqların keçiriləcəyini elan etməsinə baxmayaraq baş verib.
Kanalın məlumatına görə, Livan rəsmiləri İsrail və ABŞ hakimiyyət orqanlarına Livan və “Hizbullah” hərəkatı ilə atəşkəs əldə olunana qədər danışıqlar aparmayacaqlarını bildiriblər.
“Biz Amerikaya bu addımı atmağa (İsrail baş naziri ilə danışıqlar aparmaq üçün - red.) hazır olmadığımızı bildirdik”, - Livan rəsmisi deyib.
Livan xəbər agentliyi LBCI həmçinin bildirib ki, Livan prezidenti ABŞ dövlət katibi Marko Rubioya Baş nazir Benyamin Netanyahu ilə danışmayacağını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top