İranda 47 gündür ki, internet yoxdur – “NetBlocks”


İranda internet 47 gündən çoxdur ki, faktiki olaraq yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” sosial şəbəkə hesabında məlumat yayıb.
“İranda internet blokadası 48-ci günündədir və beynəlxalq rabitə 1128 saata yaxın müddətə dayandırılıb”, - xidmətin açıqlamasında deyilir.
Bloklama ölkə miqyasında ən uzun müddətdir.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top