
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrə 2,5 milyard dollar dəyərində 5,1 milyon ton xam neft satıb və xam neftin 1 tonunun orta gömrük dəyəri 492,5 dollar (1 barel təxminən 67 dollar) olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, Azərbaycan xam nefti ən yüksək qiymətə Bolqarıstana, ən aşağı qiymətə isə Fransaya satıb.
Bolqarıstana satılan xam neftin 1 tonu 519 dollar, Fransaya satılan xam neftin 1 tonu isə 396 dollar olub.
Bunlardan başqa, yanvar-mart aylarında Azərbaycan xam neftin 1 tonunu İtaliyaya 493, Çexiyaya 518, Rumıniyaya 480, Almaniyaya 471, Portuqaliyaya 503, Tunisə 514, Xorvatiyaya 474, Türkiyəyə 462 dollara satıb.
Onu da bildirək ki, Azərbaycandan ixrac olunan xam neftin bir barelinin orta gömrük dəyəri yanvarda 64 dollara, fevralda 66, martda isə 74 dollara bərabər olub.
Tətbiqimizi yükləyə bilərsiniz