İnsanlar kasıb şəxslərə varlılardan daha çox etibar edirlər – Araşdırma


İnsanların maddi çətinliklər içində böyüyən şəxslərə varlı ailələrdə böyüyənlərlə müqayisədə daha çox etibar etdirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “American Psychological Association” tərəfindən yayımlanan araşdırmada qeyd olunub.
1900-dən çox iştirakçının cəlb olunduğu tədqiqatda həm uşaqlıq dövrünün, həm də hazırkı sosial statusun etibarlılıq qavrayışına təsiri analiz edilib.
Araşdırma çərçivəsində iştirakçılara real şəxslərə aid olduğu iddia edilən, lakin uydurma profillər təqdim olunub. Bu profillərdəki bəzi şəxslərin kasıb ailədə böyüməsi, dövlət məktəbində təhsil alması və yarımştat işləməsi qeyd olunub. Digər qrupda isə özəl təhsil və xaricə səyahət kimi daha yüksək sosial status göstəriciləri yer alıb.
Eksperiment zamanı iştirakçılara əvvəlcə 10 ədəd bilet verilib və onlara bu biletləri istədikləri digər oyunçuya ötürmək imkanı yaradılıb. İştirakçılara bildirilib ki, əgər biletləri qarşı tərəfə versələr, həmin biletlər üç dəfə artırılacaq, yəni məsələn, 10 bilet ötürülərsə, qarşı tərəfin əlində 30 bilet olacaq. Bundan sonra isə biletləri qəbul edən şəxs bu biletlərin istədiyi qədərini geri qaytara bilər və ya ümumiyyətlə heç nə qaytarmaya bilər. Bu proses vasitəsilə tədqiqatçılar iştirakçıların nə qədər bilet ötürdüyünə baxaraq onların davranış baxımından nə dərəcədə güvəndiyini ölçüblər. Eyni zamanda iştirakçılardan soruşulub ki, əgər bütün biletləri versələr, qarşı tərəfin neçə bilet geri qaytaracağını düşünürlər və bununla da onların gözləntiləri, yəni qarşı tərəfi nə qədər etibarlı hesab etdikləri müəyyən edilib.
Nəticələr göstərib ki, insanlar kasıb ailədə böyüyən şəxslərə daha çox güvənir və onların daha dürüst olduqlarına inanırlar.
Araşdırmanın müəllifi Kristin Lorin bildirib ki, bu nəticələr insanlara sosial vəziyyətlərin etibarlılıq qavrayışına təsiri barədə maraqlı məlumatlar verir.

DİGƏR XƏBƏRLƏR

Top